dövlət şəhərsalma kadastrı

Yaşayış məskənlərində torpaqların və digər daşınmaz əmlakın qeydiyyatı və uçotu da daxil olmaqla ərazinin kompleks qiymətləndirilməsi və şəhərsalma fəaliyyətində müvafiq qərarlar qəbul edilməsi üçün kəmiyyət və keyfiyyət göstəricilərinin məcmusu

dövlət su kadastrı
dövlət şəhərsalma norma və qaydaları
OBASTAN VİKİ
Dövlət torpaq kadastrı
Dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Ümumi məlumat == Respublikamızda mülkiyyət növündən, kateqoriyasından, məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq ölkə hüdudları daxilində yerləşmiş bütün torpaqlar dövlət kadastrının obyekti hesab edilir. Dövlət torpaq kadastrı Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu"nda deyilir: Torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Dövlət torpaq kadastrı prinsipləri == Dövlət torpaq kadastrı aparılarkən torpaq ehtiyatlarının elmi əsaslarla hüquqi, təbii və təsərrüfat baxımından öyrənilməsi bir sıra prinsiplərin gözlənilməsini tələb edir. Bu prinsiplər aşağıdakılardan ibarətdir: Torpaq kadastrının vahidliyi prinsipi - dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə vahid sistem əsasında aparılmasıdır. Bu prinsip vahid torpaq fondunun vəziyyətini və paylanmasını düzgün analiz etməyə və müxtəlif ərazi vahidləri daxilində torpaq ehtiyatlarından səmərəli istifadənin yollarını planlaşdırmağa imkan verir. Lakin dövlət torpaq kadastrının vahidliyi bütün torpaq kateqoriyaları və torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün torpaq kadastr məlumatlarının eyni cür detallaşdırılması demək deyildir. Torpaq kadastr məlumatlarının detallaşma dərəcəsi və dolğunluğu, yuxarıda qeyd edildiyi kimi, torpağın istehsalat və digər fəaliyyət sahələrində əhəmiyyəti və həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətçilərin ona olan tələbi ilə ölçülür. Ona görə də torpaq kadastrında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məskənləri və meşə fondu torpaqları haqqında daha dolğun və dəqiq məlumatların toplanmasına üstünlük verilir.
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Torpaq Kadastrı
Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Torpaq istifadəçiliynin (sahələri üzərində hüquqların) dövlət qeydiyyatı == Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb.Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Tabeliyindəki qurumlar == Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) Bakı Dövlət Layihə İnstitutu == Fəaliyyəti == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirmək; müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin etmək; respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin etmək; bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirmək. == Beynəlxalq əlaqələr == Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir. == BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq == Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub. 2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir. 2 oktyabr 2023-cü il tarixində “Dayanıqlı şəhər iqtisadiyyatları - şəhərlər inkişafın və bərpanın hərəkətverici qüvvəsi kimi” mövzusuna həsr olunmuş “Ümumdünya Məskunlaşma Günü” tədbiri Bakı şəhərində beynəlxalq səviyyədə qeyd edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb.Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Tabeliyindəki qurumlar == Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) Bakı Dövlət Layihə İnstitutu == Fəaliyyəti == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirmək; müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin etmək; respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin etmək; bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirmək. == Beynəlxalq əlaqələr == Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir. == BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq == Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub. 2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir. 2 oktyabr 2023-cü il tarixində “Dayanıqlı şəhər iqtisadiyyatları - şəhərlər inkişafın və bərpanın hərəkətverici qüvvəsi kimi” mövzusuna həsr olunmuş “Ümumdünya Məskunlaşma Günü” tədbiri Bakı şəhərində beynəlxalq səviyyədə qeyd edilib.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb.Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Tabeliyindəki qurumlar == Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) Bakı Dövlət Layihə İnstitutu == Fəaliyyəti == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirmək; müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin etmək; respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin etmək; bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirmək.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrlərinin siyahısı
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. == Dövlətin mənşəyi haqqında nəzəriyyələr == Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib) == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Bufer dövlət
Bufer dövlət — müharibə edən (hərbi və ya geosiyasi mənada) dövlətlər arasında yerləşən, onları bir-birindən ayıran və bir-birinə düşmən olan orduların təmasının olmamasını təmin edən ölkələr. Tez-tez "kordon sanitarları" yaratmaq üçün müxalif qüvvələr tərəfindən istifadə olunur. Tez-tez "sanitariya kordonlarını"yaratmaq üçün qarşıdurma qüvvələri tərəfindən istifadə olunur. Zbiqnev Bjezinski özünün “Böyük şahmat taxtası” kitabında əməkdaşlıq etməyə çalışan, bununla da hər iki qonşusunu zəiflədən dördüncü tərəfin xeyrinə dövləti təsvir etmək üçün "bufer dövlət" terminindən istifadə etmişdir.Bəzi ekspertlərin fikrincə, hazırda "GUAM" təşkilatına üzv olan keçmiş SSRİ dövlətləri Rusiya Federasiyasını, Avropa və Asiyanın qonşu "köhnə" dövlətlərini ayıran bufer ölkələrdir.Güclü dövlətlər baxımından bufer dövlətlərin iki funksiyası var: İki güclü ölkənin birbaşa qonşu olmasının qarşısını alaraq, kiçik sürtünmələrin və ya sərhəd münaqişələrinin tez bir zamanda hərtərəfli müharibəyə çevrilməsinin qarşısını almaq. İki ölkədən biri digərinə müharibə elan etdikdə, hücuma məruz qalan tərəfin qarşı tərəfin hücumunu öz ərazisinə çatmamış, bufer dövlətin ərazisində qarşılamaq. Birinci Dünya Müharibəsindən əvvəl bir-biri ilə rəqabətdə olan Almaniya və Fransa arasında Belçika, Lüksemburq, Hollandiya və İsveçrə bufer dövlətlər siyahısına salınmış, hər iki tərəfin bu ölkələr üzərindən bir müharibəyə başlayacağı təqdirdə bu ölkələrin müstəqilliyini və neytrallığını qorumaq üçün xüsusi səylər göstərilmişdir. bu ölkələr vasitəsilə hücum.
Diyen (dövlət)
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. == Ümumi məlumat == Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Dövlət (Platon)
«Dövlət» (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-ci ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. == Platonun təklif etdiyi quruluş == Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi).Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır. Hətta qadınlar və uşaqlar da ümumidir və uşaq doğumuna dövlət tərəfindən nəzarət edilir.
Dövlət (dəqiqləşdirmə)
Dövlət (Platon) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. Dövlət (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd.
Dövlət (Əbyəlil)
Dövlət kəndi (başq. Дәүләт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 12 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 35 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Dövlət Baxçalı
Dövlət Baxçalı və ya Dövlət Bağçalı (türk. Devlet Bahçeli; 1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri. == Həyatı == 1 yanvar 1948-ci ildə anadan olub. 1997-ci ildə Milliyyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. 1999-cu il seçkilərində qalib gələrək Demokratik Sol Partiya və Ana Vətən Partiyası ilə koalisiya hökumət yaratmışdır. Baş nazirin müavini olmuşdur. 2007-ci ildə keçirilən seçkilərdə yenidən millət vəkili seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Devlet Bahçeli. Ülkü ve Şuur". Milliyətçi Hərəkat Partiyası.
Dövlət Bağçalı
Dövlət Baxçalı və ya Dövlət Bağçalı (türk. Devlet Bahçeli; 1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — Türkiyə Milliyyətçi Hərəkat Partiyası sədri. == Həyatı == 1 yanvar 1948-ci ildə anadan olub. 1997-ci ildə Milliyyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. 1999-cu il seçkilərində qalib gələrək Demokratik Sol Partiya və Ana Vətən Partiyası ilə koalisiya hökumət yaratmışdır. Baş nazirin müavini olmuşdur. 2007-ci ildə keçirilən seçkilərdə yenidən millət vəkili seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Devlet Bahçeli. Ülkü ve Şuur". Milliyətçi Hərəkat Partiyası.
Dövlət Departamenti
ABŞ Dövlət Departamenti (ing. United States Department of State) — ABŞ-də 1789-cu ildən xarici işlər nazirliyi funksiyasını həyata keçirən əsas xarici siyasət orqanı, dövlət katibi başçılıq edir. Prezidentin və Konqresin hazırladığı xarici siyasət xəttini həyata keçirir. Digər ölkələrdəki xarici işlər nazirlikləri kimi, 1789-cu ildə ölkənin ilk icra şöbəsi kimi yaradılıb. Ölkənin xaricdəki diplomatik missiyalarının idarə edilməsini, xarici təşkilatlarla müqavilələrin və sazişlərin müzakirəsini və Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyini ABŞ Dövlət Departamentini dövlətin xarici siyasətini həyata keçirir. Bundan əlavə, Dövlət Departamenti digər ölkələrdə sosial və siyasi proqramları təmsil edən qeyri-kommersiya təşkilatları və fondları ilə işləməkdən məsuldur. ABŞ dövlət katibi, Dövlət Departamentinin rəhbər vəzifəsi adlanır. 2018-ci ilin aprel ayında dövlət katibi Reks Tillerson istefa verdikdən sonra Mayk Pompeo vəzifəyə gəlmişdir. Departamentin idarə olunması ilə yanaşı, Dövlət katibi xaricdə baş diplomat və ölkə nümayəndəsi kimi fəaliyyət göstərir. Dövlət katibi, Birləşmiş Ştatların vitse-prezidenti, Nümayəndələr Palatasının spikeri və prezidentliyə namizədliyinə görə ilk rəsmi şəxs hesab edilir.
Dövlət Xatun
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan. == Həyatı == 1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır. 1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir. 1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı.
Dövlət ateizmi
Dövlət ateizmi — teizmi qəbul etməyib, ateizmi dəstəkləyən dövlət siyasəti. Tarixdə və hal-hazırda daha çox Marksist ideologiyanı qəbul edən bəzi dövlətlər tərəfindən tədbiq edilmişdir və hələ də tədbiq edilməkdədir. Amma yenə də Marksizm dinləri rədd edən tək ideologiya deyildir. Laisez-faire dövrü kapitalistlərindən Ayn Randın fikirləri Marksizmə demək olar ki, daban-dabana zidd olmasına baxmayaraq, o, dinləri modern dövrdən əvvəlki dövrün batil inancları olaraq ifadə edirdi.
Dövlət bayrağı
Dövlət bayrağı — milli dövlətin rəsmi tanınma nişanlarından biri; fərqli və dəyişməz simvola malik olmalıdır. Bir çox hallarda qeyri-rəsmi dildə "milli bayraq" termini də işlədilir. Dövlət bayrağı — müəyyən ölçülərə və rəng çalarlarına malik parçadır. İstifadə zamanı bayraq tutağacına bərkidilir.
Dövlət başçısı
Dövlət başçısı — bir dövləti birlik və legitimliyi ilə rəsmi şəkildə təcəssüm etdirən ictimai şəxs.Ölkənin idarəetmə formasından və səlahiyyətlərin bölünməsindən asılı olaraq, dövlət başçısı təntənəli idrakçı (məsələn, Böyük Britaniya monarxı) və ya eyni zamanda hökumət başçısı və daha çox ola bilər (məsələn, ABŞ Prezidenti, o da Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır). Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə mənsubdur. Prezidentli respublikalarda dövlətin başçısı eyni zamanda hökumətin rəhbəri olur, öz istəyinə görə nazirləri təyin edir. Bu prezidentin təmsil etdiyi partiyanın üzərinə xüsusi məsuliyyət qoyur. Bununla belə bir çox ölkələrdə dövlət başçısı özünün səlahiyyəti dövründə partiyada üzvlüyünü dayandırır. Parlamentli respublikalardan İtaliya respublikasında dövlət başçısının səlahiyyət müddəti 7 il nəzərdə tutulsa da başlanan konstitusiya islahatlarında gələcəkdə səlahiyyət müddətinin 5 ilə endirilməsi, 2 dəfə seçilməsi və yaş həddinin aşağı endirilməsi nəzərdə tutulmuşdur. Bir sıra ölkələrdə dövlət başçısı silahlı qüvvələrin baş komandanıdır.
Dövlət borcu
Dövlət borcu — daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin mmaliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öohdəlikləri.
Dövlət büdcəsi
Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır.
Dövlət dili
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. == Dövlət dili == Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. == Dövlət dili ilə rəsmi dil arasında fərq == UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. == Azərbaycan Respublikasının Dövlət dili == Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.